manera.az
manera.az

“Arşın mal alan” bədii filmi Hindistanda | MANERA.AZ

 “Arşın mal alan” bədii filmi Hindistanda | MANERA.AZ

Noyabrın 28-də Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan, 1945-ci ildə lentə alınmış “Arşın mal alan” bədii filmi 46-cı Hindistan Beynəlxalq Film Festivalının (GOA) “Dünya klassikası” rənglənmiş retrospektivlər bölümündə nümayiş olunacaq.

MANERA.AZ xəbər verir ki, film festivala C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşəbbüsü ilə təqdim edilib. Festivalda “Arşın mal alan” filminin 2013-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş və rənglənmiş versiyası nümayiş olunacaq.

Festivalın adıçəkilən bölümündə təqdimat məqsədilə “Arşın mal alan” filmi ilə yanaşı, ABŞ istehsalı olan beş film seçilib. Bu siyahıya “2001: A space Odyssey” (1968), “Badlands” (1973), “ Casablanca” (1942), “Rebel without a cause” (1955) və “The Wizard of Oz” (1939) əfsanəvi filmləri daxildir.
Dünyanın ən nüfuzlu film festivallarından olan Hindistan Beynəlxalq Film Festivalı noyabrın 20-də start götürüb və 30-dək davam edəcək. Festivalda 90 ölkədən 289 filmin nümayişi nəzərdə tutulub.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728