manera.az
manera.az

Kimsəsiz-Bənövşə Mahmudqızı yazır...

📅 27.03.2018 16:10

Kimsəsiz-Bənövşə Mahmudqızı yazır...


Sevəni var imiş kimi
Bəxtəvər görünürəm.
Allaha isə
Bu bəxtə bəxt ver
Deyirəm.
Gələni var imiş kimi
Gözləyirəm
Gələcəyi gözləyirəm...
Gözəl görünmək üçün
Makyaj edirmiş kimi
Ağlamaqdan sallanan
Göz altımı,
Solmuş üzümü
Boyayıram.
Dərdlərimi boyayıb,
Xoşbəxt görünən kimi
Saxta biriyəm.
Hislərini yox etmiş
Taxta biriyəm.
Biri deyiləm
Kimsəyəm.
Kimsəsizəm...

Bənövşə Mahmudqızı
Manera.az


Baxış sayı - 2 769 | Yüklənmə tarixi: 27.03.2018 16:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930