manera.az
manera.az

"Bənövşə"nin yeni sayı

📅 22.12.2017 12:56

"Bənövşə"nin yeni sayı
Bugünlərdə Mingəçevin şəhərində çap olunan "Bənövşə" ədəbi-bədii jurnalının 38-ci nömrəsi işıq üzü görüb.

Jurnal baş redaktor Tariyel Abbaslının "Dəyərsiz kitablar oxucunu incik salır" essesi ilə açılır.

"Poeziya" bölməsində Sabir Abidin, Malik Əhmədoğlu, Sədi Şirinov, Bəhman Gülövşəli, Ülviyyə Məmmədli, Araz Süleymanov, İsmayıl İmanzadə, Şahid Nəbiyev, Mahir Musa, Seymur Sönməz, Əhməd Süleymanovun şeirləri yer alıb.

"Nəsr" bölməsində Səfurə Çərkəzqızı "Buket" novellası, Məhərrəm Şəmkirli mənsur şeirləri, Məhəmməd Fərzəliyev hikmətli deyimləri ilə qatılıblar.

Rüstəm Kamalın İsmayıl bəy Qutqaşınlı haqqında "Generalın xarabat mistikası", Günel Natiqin "Qızları fırladıb atanlar...", Əşrəf Əsgərovun şair Nizami Abbasova həsr olunmuş "Sənsiz keçirilən yubiley şənliyi" yazıları "Publisistika"dadır. Bu rubrikada, həmçinin, Seymur Verdizadə esseləri, Esmira Hidayətova "Tərəqqi"n mübarək...", İsmayıl Mərcanlı "Bir ailənin iki sevinci" yazıları ilə çıxış ediblər.

Jurnalın "Tənqid və ədəbiyyatşünaslıq" bölməsində isə Əbülfət Mədətoğlunun "İçimdə boğulan səs", Şakir Əlifoğlunun "Nazir Çərkəzoğlunun yolu", İmmi Kamalqızının "Təbiətin şeiriyyəti" məqalələri dərc olunub.../525.az/


Baxış sayı - 2 710 | Yüklənmə tarixi: 22.12.2017 12:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031