manera.az
manera.az

Gənc yazarın konserti baş tutdu

📅 17.11.2017 12:36

Gənc yazarın konserti baş tutdu


Gənc yazar-şairə Bənövşə Mahmudqızının konserti baş tutdu.

Yazdığı son şeirin şərəfinə adlandırdığı " Şeir Yazan Qadın " Konserti bütün şeir sevənlərə Bənövşə Mahmudqızından böyük və əvəzedilməz bir hədiyyə oldu. Konsertdə şairə xanımın köhnə və yeni, seçmə şeirləri gitara və skripka müşayiətində iki gənc qiraətçi - Qadir Bürc, Səməd Səmədzadə, balaca qiraətçi - Gülarə Bayramova, həmçinin Bənövşə Mahmudqızının öz qiraətində səsləndirildi.

Gitarda Eren Mumcu, skripkada isə Kənan Vaqifoğlu öz ifaları ilə konsertə rəng qatmış oldular. Konsertin adına layiq görülmüş " Şeir Yazan Qadın " şeirini sizlər üçün təqdim edirik:

" ŞEİR YAZAN QADIN "

Siz mənə baxanda bir qız görürsüz,
Bəzən uşaq deyib gülürsüz...
Bəs siz bilirsiz?
Uşaq kimi görünən,
Şıltaq və deyib - gülən,
Dəlisov bu qız,
Hər şeir yazanda qadına dönür...
Kimisi ovunur, kimisi yanır,
Şeirlərdə hər bir söz
Yaşanaraq yazılır...
Heç bir dostu yox onun,
Şeir yazan qadının,
Bircə ürək sirdaşı
Kipriyində göz yaşı,
Yazdığı şeirlərdir.
Siz mənə baxanda bir qız görürsüz.

MANERA.AZ


Baxış sayı - 2 304 | Yüklənmə tarixi: 17.11.2017 12:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031