manera.az
manera.az

Oxucu sevdasi

📅 07.03.2018 22:09

Oxucu sevdasi
Kulturologiya elmində elitar və kütləvi mədəniyyət anlayışları mövcuddur. Bu anlayış bir çox sahələrə həmçinin ədəbiyyat sahəsinə də aid edilir. Elitar mədəniyyət azliq tərəfindən basa dusulən əsl sənət hesab olunur.

Kütləvi mədəniyyət hər kəs tərəfindən mənimsənilən mədəniyyətdir. Son zamanlar ədəbiyyatimizdaki bir çox şair və yazıçıların diqqətsizlikdən gileylənməsi hər hansı bəsit yazının daha çox oxunmasi mehz elitar ve kütlevi anlayışı ilə əlaqədərdir. Əslində bu normal hal hesab olunmalıdır. Bəsit yazı bəsit musiqi insanlar tərəfindən daha tez qəbul olunur. Bu həmən nümünənin hər yaş və düşüncə tərzinə xitab etməsindən irəli gəlir. Dəyərli olan hər şey azlıqla doğmalaşır.

Təbiət də bu prinsip üzərində qurulmuşdur. Buna görə qızıla misdən daha az rast gəlinir. Sizin möhtəşəm hesab etdiyiniz yazılar ola bilsin həqiqətən möhtəşəmdir ancaq oxucu düşüncəsi bunu qəbul etməyə hazırdırmı? Məsələ budur.Müasir dövrdə təəssüflər olsun ki bir çox sahələr kapitalizmə uduzur. Bazar öz tələblərinə uyğun təklif tələb edir. Bəzən bu tələb hansısa ədəbiyyat adamının illərlə üzərində işlədiyi fəlsəfi əsər yox sıradan bir dedektiv roman olur. Əslində bu tələb oxucunun tələbidir çünki o kitabı pul verib alanda oxucudur. Bu o demək deyil ki dedektiv və ya hər hansı bu sıradan olan yazılar oxunmamalıdır. Bu ədəbiyyatın da öz kütləsi olmalıdır. Ancaq bu kütlə kütləviliyə çevrilibsə bu artiq problemdən xəbər verir. Biz istəsəkdə istəməsəkdə bunu qəbul etməliyik. Məsələnin digər bir tərəfi bu nümunələrin tez qəbul edildiyi kimi tezdə unudulmasıdır. Məsələn sizdən bir nece il öncə hər kəsin dilində olan hər hansı bəsit mahnını soruşsalar böyük ehtimal ki siz onu unutmuş olacaqsınız.. Ancaq lalələr mahnısını unutmaq mümkün deyil. Zaman dəyərli nümunələri öz xəlbirində mütləq saxlayacaq. Bəlkə də dəyərli kitablar az satılacaq az oxunacaq az bəhs olunacaq ancaq onlar hər zaman dəyərini qoruyub saxlayacaq. O ki qaldi bizdə oxucu azlığına tamamilə yalandır.

Bizdə kifayət qədər oxucu var ancaq “qurman” nəyi oxumağı bilən oxucu azdir. Ümumiyyətlə on milyon xalqın hamısının kitab oxumağı inandırıcı deyil burda müəyyən bir qisim əhalidən söhbət gedə bilər. Nəzərə alsaq ki on milyon özü bir o qədərdə böyük rəqəm deyil məsələ aydindı. Bu problemlərin siyahısını kifayət qədər uzada bilərik; iqtisadi məsələlər, tərcümə, kitabların keyfiyyəti və s. Buna baxmayaraq son illərdə cüzi olsa da irəliləyiş müşahidə olunur. Əvvələr metroda kitab oxuyan az adamı görmək mümkün idisə indi az qala hər vaqonda əlində kitab kimisə görə bilərsiniz. Əlbəttə bunu meyar hesab etmək düzgün deyil.

Birsözlə elitar həmişə kəmiyyət etibarilə kütləviyə uduzacaq. Ancaq bayağılıq nə qədər geniş yayılsa belə əsl ədəbiyyat öz mövqeyini daim qoruyub saxlayır və saxlayacaq.

Məmmədova Aytac


Baxış sayı - 1 939 | Yüklənmə tarixi: 07.03.2018 22:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031