manera.az
manera.az

Elmi ədəbiyyatımız üçün önəmli nəşr

Elmi ədəbiyyatımız üçün önəmli nəşr


Kainat haqqında, həqiqətən, nə bilirik? Bunu necə bilirik? Kainat haradan gəlir və hara gedir? Bu suallar Stiven Hokinqin 1988-ci ildə nəşr edilən “Zamanın qısa tarixi” kitabının mövzusunu müəyyən etmişdi.

Kitab “Sunday Times” qəzetinin bestsellerlər siyahısında 4 ildən artıq qalmış və dünyadakı hər 750 nəfərdən biri bu kitabı oxumuşdu. Bu statistika müasir fizikanın ən çətin problemlərindən bəhs edən bir kitab üçün çox böyük uğur idi.

Manera.az xəbər verir ki, “Zamanın daha qısa tarixi”, Stiven Hokinq və Leonard Mlodinov tərəfindən yazılmış, “Zamanın qısa tarixini”nin yenilənmiş və elmdəki son kəşflər nəzərə alınmaqla zənginləşdirilmiş versiyasıdır.
Bu kitab müəyyən mənada “daha qısa” olsa da, əsas anlayışları əvvəlki kitabdan daha detallı izah edir.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitab, antik dövrlərdən günümüzdəki müasir kosmologiya anlayışına doğru inkişafı, müxtəlif elmi nəzəriyyə və anlayışları, Kainatın daha dərindən və bütünlükdə anlaşılması üçün elmin mümkün araşdırma istiqamətlərini oxucuya çatdırır.
Kitab, Azərbaycan dilində nəşr olunan ilk elmi-kütləvi kitabdır.
Kitabı Orxan Əmrullayev tərcümə edib. Elmi redaktoru isə Yalçın İslamzadədir.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930