manera.az
manera.az

Bu gün Məzinin ad günüdür | MANERA.AZ

📅 29.06.2015 12:25

Bu gün Məzinin ad günüdür | MANERA.AZ
Manera.az
Bu gün Məzi kimi sevdiyimiz Respublikanın Əməkdar Artisti mərhum gülüş aktyoru Elçin Həmidovun doğum günüdü.

Qeyd edək ki. Həmidov Elçin Qəzənfər oğlu 1958-ci ildə 29 iyun anadan olmuşdur. 1974 –cü ildə Azərbaycan Dövlət Musiqili Komediya teatrında xor artisti vəzifəsində çalışıb. 1977-ci ildə İncəsənət İnstitutunun «Dram-kino aktyoru» fakültəsinə daxil olub 1981-ci ildə bitirib.

1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya teatrında artist-vokalist kimi fəaliyyət göstərib. İstedadı və bacarığı sayəsində Elçin Həmidov az vaxt ərzində kollektivdə böyük hörmət qazanıb. Məlahətli səsə və məharətli aktyorluq bacarığına malik olan Elçin, klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində özünəməxsus maraqlı obrazlar yaratmağa nail olmuşdur.

Süleyman Ələsgərov, Şıxəli Qurbanov «Olmadı elə, oldu belə»də Gülüstan, Vasif Adıgözəlov, Əliağa Kürçaylı «Boşanaq, evlənərik»də İkram, H.Qurbanov, Cahangir Aslnoğlu «Qarğa məndə qoz var»da Zərzibonskaya, Soltan Hacıbəyov «Qızıl gül»də Azay, Səid Rüstəmov, Məmməd Səid Ordubadi «Beş manatlıq gəlin»də Nadir, Süleyman Ələsgərov, Şıxəli Qurbanov «Özümüz bilərik»də Miriş, Süleyman Ələsgərov, İsi Məlikzadə «Subaylarınızdan görəsiniz»də Mayıl, Süleyman Ələsgərov, İsi Məlikzadə «Hərənin öz ulduzu»nda Nəzir, Emin Sabitoğlu, Xalidə Hasilova «Nəğməli Könül»də Mustafa, Sərdar Fərəcov, Əli Əmirli «Səhnədə məhəbbət»də ofisiant, Oktay Rəcəbov, Aqşin Babayev ”Əlin cibində olsun”- Şəkərli, Vasif Adıgözəlov, Anar “Aldın payını çağır dayını”- Əli Əyrizadə, Faiq Sücəddinov, Tamara Vəliyeva ”Mən dəyərəm min cavana”- Dilənçi, İmre Kalman ”İdialı qaraçı” Estraqon, Üzeyir Hacıbəyli «O olmasın, bu olsun»da Rza bəy, Rauf Hacıyev «Talelər qovuşanda»da Totuş, Üzeyir Hacıbəyli “Ər və arvad” Kəblə Qubad rolları ilə tamaşaçıların rəğbətini qazanmışdır.

Onun son yaratdığı obraz Nikolay Vasilyeviç Qoqolun “Evlənmə” komediyasında Yaiçnitsa obrazı oldu. 23 fevral tarixində ilk və son premyerası oldu Elçin Həmidovun.

Turan Etibaroğlu


Baxış sayı - 5 518 | Yüklənmə tarixi: 29.06.2015 12:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031