20 aprel - Xalq artisti Nəsibə Zeynalovanın doğum günü
Bu gün – 20 aprel Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Mükafatı Laureatı Nəsibə Zeynalovanın doğum günüdür. Onun 99 yaşı tamam olur.
Nəsibə xanım Zeynalova 20 aprel 1916-cı ildə Bakıda anadan olub. Atası tanınmış tacir və eyni zamanda Azərbaycan milli realist aktyor məktəbinin banisi Kərbəlayı Cahangir idi . 1918-ci ilin martında onlar ailəlikcə İrana köçürlər. O zamanlar Nəsibə xanımın 2 yaşı var idi. Atası İrandan Bakıya qayıdarkən gəmidə yatalaq xəstəliinə tutulur və tezliklə dünyasını dəyişir. O, atasının istəyini yerinə yetirmək amalıyla yaşayır. Orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnmişdir. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olmuşdur. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlamışdır. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynamışdır.
Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşmış və əvəzolunmaz mədəniyyət xadimi olmuşdur. 4 aprel 1938-ci il-də yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili almışdır. O, püxtələşərək Azərbayanın əvəzolunmaz teatr xadiminə, xalqın sevimlisinə çevrilmişdir. "Azərbaycanfilm"in ekranlaşdırdığı "Ögey ana" (Fatmanisə), "Böyük dayaq" (Telli), "Ulduz"(Züleyxa), Qaynana"(Cənnət xala), "Molla Fətəlinin sərgüzəşti" (Gülsüm), "Bəyin oğurlanması"(Əsli xala) və s. fimlərində və teatr tamaşalarında rol almış və öz şöhrətini qazanmışdır.
Nəsibə xanım Zeynalova teatr günündə - 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.
Xanım Aydın
Manera.az