manera.az
manera.az

70-ə yaxın ölkənin təmsilçisi Musiqili Teatrda

📅 04.05.2015 14:23

70-ə yaxın ölkənin təmsilçisi Musiqili Teatrda

2015-ci il 2-5 may tarixlərində Bakı şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı keçirilir. Toplantı tədbirləri çərçivəsində dünyanın müxtəlif ölkələrinin Baş nazir, Baş nazir müavinləri, Maliyyə nazirləri və digər yüksək vəzifəli şəxsləri 2 may tarixində Azərbaycan Dövlət Musiqili Teatrında olublar.

Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, təqribən 70-ə yaxın ölkədən olan qonaqlar dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasını izləyiblər. Tamaşadan xoş təəssüratlarla ayrılan ali mənsəbli qonaqlar teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar İncəsənət xadimi Əliqismət Lalayevlə söhbətləri zamanı ecazkar və möhtəşəm musiqidən, ümumilikdə tamaşadan böyük zövq aldıqlarını və razı qaldıqlarını bildiriblər.
70-ə yaxın ölkənin təmsilçisi Musiqili Teatrda
Qeyd edək ki, “O olmasın, bu olsun” tamaşasının quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli, Cənnət Səlimovadır. Tamaşada milyonların sevimli gülüş ustası, Xalq artisti, “Şöhrət” ordenli Afaq Bəşirqızı, Əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Səmədzadə Xasıyev, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları çıxış etmişlər.

Manera.az


Baxış sayı - 1 766 | Yüklənmə tarixi: 04.05.2015 14:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031