manera.az
manera.az

2018-in ilk “Ulduz”u

📅 29.01.2018 14:09

2018-in ilk “Ulduz”u
“Ulduz” jurnalının yeni ildəki ilk sayında maraqlı yazılar yer alıb. Jurnalın bugünlərdə çap olunan yanvar nömrəsi Nizami Tağısoyun “Ötən ilin son “Ulduz”una yeni il baxışı” adlı ekspert rəyi ilə açılır.

Bu dəfə “Özüylə söhbət” edən şair Xanəmir Telmanoğludur. Söhbəti şairin şeirləri davam etdirir.

“Ulduz” jurnalı ilə “axar.az” saytının birgə layihəsi olan “Yazı masa”sında Xanım Aydınla Vüsal Nuru şair Rüstəm Behrudinin qonağı olublar. “Şeir vaxtı”nda Mehman Rəsulov, Tural Turan, İntiqam Yaşarın poeziya nümunələri toplanıb.

“Qısa fikirlər xəzinəsi”ndə F.Dostoyevski, L. Tolstoy, A.Çexovun aforizmlərinə yer verilib. Rubrikanı Cəlal Məmmədov hazırlayıb.

“Esse”də Cavanşir Yusifli “İşıq qapısından keçəndə... yaxud Xudu Məmmədovun çıxışı”, İbrahim İbrahimli “Ağ şeir” yazıları ilə çıxış edirlər.

“Nəsr” bölməsində Çinarə Ömrayın “Şəkil”, Tural Sahabın “Qanlı təpə” hekayələri çap olunub.

“Anım” rubrikası mərhum şair və tərcüməçi, “Ulduz”un nəşr tarixində xüsusi yeri olan Əhəd Muxtara həsr edilib. Rubrikada mərhumun qısa bioqrafiyası, şeirləri və tərcümələri verilib.

“Tərcümə saatı”nda İmamverdi Həmidov və Mahir Həmidovun çevirisində omanlı jurnalist və yazıçı Məhəmməd ibn Seyfi Rahbinin “Bu şəhər tərəvəzləri sevmir” monodramı çap olunub.

“Tribuna” rubrikasının qonaqları “Vətən sevgisi- “Vətən” cəmiyyəti” yazısı ilə Abid Tahirli, “Bir gün olur itirərsiz Vaqifi...” məqaləsi ilə Ramiz Göyüşovdur.

Fəridə İlk Can şeirləri ilə “Debüt”dədir. Balayar Sadiq jurnalın bu nömrəsində “Qızılbaş fəsli” poeması ilə çıxış edir.

“Dərgidə kitab” rubrikasında bu dəfə “Sirr” sərlövhəsi ilə Elşad Baratın hekayələri yer alıb.../525.az/


Baxış sayı - 1 418 | Yüklənmə tarixi: 29.01.2018 14:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031