manera.az
manera.az

“Ulduz”un yeni nömrəsi ​ - MANERA.AZ

📅 26.10.2015 10:52

“Ulduz”un yeni nömrəsi ​ - MANERA.AZ

“Təhsil” nəşriyyatında “Ulduz” jurnalının yeni nömrəsi işıq üzü görüb.

Jurnalın ilk səhifəsi tanınmış yazıçı-publisist Sadıq Elcanlının “Bütöv oxuduğum ilk jurnal” adlı ekspert yazısı ilə açılır.

Nəşrin “Şeir vaxtı”, “Nəsr”, “Debüt”, “Tərcümə saatı”, “Hücrə” və digər rubrikalarında maraqlı yazılar, şeir və nəsr əsərləri, tərcümələr yer alıb.

Jurnalın bu nömrəsində filologiya elmləri doktoru Vaqif Yusiflinin Xalq Yazıçısı Yusif Səmədoğlunun anadan olmasının 80 illiyinə həsr etdiyi “Deyilənlər gəldi başa…”, şair Qəşəm Nəcəfzadənin Elməddin Nicatın yaradıcılığına həsr etdiyi “Qoy dağlada qar ərisin” sərlövhəli yazıları dərc olunub.

“Nəsr” bölməsində tanınmış telejurnalist Telli Pənahqızının “Son məktub” povesti, Alpay Azərin “Ətirli məktub” hekayəsi və digər yazılar dərc olunub.

Əsasən gənclərin nəşr olunduğu jurnalın budəfəki nömrəsində ənənəvi olaraq əlavə kitab rubrikasında - filologiya elmlər doktoru, professor Gülşən Əliyeva-Kəngərlinin “Füzuli poetikası” kitabı çap olunub.

Qeyd edək ki, jurnalın redaktoru Qulu Ağsəsdir.


Baxış sayı - 2 054 | Yüklənmə tarixi: 26.10.2015 10:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930