“Ulduz”un noyabr sayı | MANERA.AZ
“Ulduz ” jurnalının noyabr sayı çap olunub.
MANERA.AZ xəbər verir ki, jurnal ekspert yazısıyla açılır. On birinci nömrənin eksperti filologiya elmləri doktoru Gülşən Əliyeva-Kəngərlidir. “Hər çapında xüsusi çəki sərgiləyən jurnal” başlıqlı yazısında jurnalın onuncu nömrəsini təhlil edib.
“Özüylə söhbət” rubrikasında tanınmış dedektiv yazarı Müşfiq XAN-nın özüylə söhbəti və “Velosipet ” adlı hekayəsi yer alıb.
Nəsr bölməsində Pərvanə Rəhimli “Dönüş”, Sadıq Elcanlıdan üc hekayəsi, Leyla Camalın “Yerə düşməyən göz yaşım”, Nərgizin “Kölgə”si, Çinarə Rüstəmlinin “Şaxta həkim” və s. hekayələri təqdim olunub.
Qəşəm Nəcəfzadənin “Hücrə”sində bu dəfə gənc şairə Əntiqə Səməndərdir.
Fərqanə Mehdiyeva “Bölgələrdən səslər” rubrukasında“9x9” u təqdim edib. Doqquz şairin doqquz suala fərqli cavabı.
İrs rubrikasında Sona Xəyalın “Vahidin gənclik şeirləri” yer alıb.
Dərgidə kitabda tanınmış gənc şair Elşad Ərşədoğlunun “Hörümçək zaman” kitabıyla tanış ola biləcəksiniz.
“Ulduz” jurnalı bu nömrəsində də oxucularını hədiyyəsiz qoymayıb. Jurnalın üzərin də üç kitab, Nizami Cəfərovun “Elçin” Nizami Cəfərov və Mehmet Akif Tural “Atatürkün Azərbaycan səfəri”, Rahid Ulusel “Türkşunaslıq və Azərbaycanşünaslığın dialektisa” adlı kitablar oxuculara hədiyyə edilib.