manera.az
manera.az

İnsan ətiylə qidalanır ümidlər...- Etimad Başkeçid | MANERA.AZ

📅 14.07.2015 16:50

İnsan ətiylə qidalanır ümidlər...- Etimad Başkeçid | MANERA.AZ
/manera.az
Bu gün şair, yazıçı, tərcüməçi Etimad Başkeçidin ad günüdür.

Manera.az olaraq səbəbkarı təbrik edir, onun bir şeirini oxucularımıza təqdim edirik:

NECƏ Kİ…

necə ki, insan ətiylə qidalanır ümidlər,
gorükməz od misalı can evində.
necə ki, birər səni tərk etdilər
adsız bir köşədə,
meyxana dibində.

necə ki, ayagı çidarlı atın
astarında özgə bir at cıdırır.
necə ki, tamu tarlasıdır həyatın-
hər nə əksən təkrar zəqqum bitirir.

elə də yazdıqların, pozduqların.
bir ümid,
bir dost kimi,
qardaş kimi,
astar üzündəki sən, tamu tarlası təkin,
yazıb pozduqların, pozub yazdıqların.

necə ki, çarmıxa çəkdilər İsanı
sırtına yükləndiyi xaçın üstə,
bir-bir hamını hesaba çəkəcəklər
yazdıqlarının, pozduqlarının üstə.

necə ki, insan ətiylə qidalanır ümidlər,
görükməz od misalı can evində,
necə ki, birər səni tərk etdilər
adsız bir köşədə,
meyxana dibində…

Manera.az



Baxış sayı - 2 050 | Yüklənmə tarixi: 14.07.2015 16:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930