manera.az
manera.az

Emin Piri səni təbrik edə bilmirəm | MANERA.AZ

Emin Piri səni təbrik edə bilmirəm | MANERA.AZ

Çinarə Ömray

Qəlbinin həzinliyi, kövrəkliyi sözünə hopmuş, mülayim xasiyyətli Emin Piri!

Mən səni ilk olaraq oxucuya belə təqim edərdim. Sonra isə bu təqdimata sənin digər xüsusiyyətlərini – xeyirxahlığını, məsumluğunu, etibarlılığını, sədaqətliliyini, vətənpərvərliyini... və s. Yəni, əsl insanlığa xas bütün xüsusiyyətlərini əlavə edirəm!

“Tanrının kölgəsi”ni oxuyuram.... Oxuduqca Emini Pirini heç də yalnış tanımamışam deyirəm...

Mütləq azadlıq axtarışındasan Emin! İnan ki, fikirlərin mənə o qədər doğmadır ki, sanki qəlbin qəlbimin çəpər qonşusudur. Az qala həyatı sənin şeirlərindəki rəngdə görürəm. Amma bilirəm ki, həyatın rəngi yoxdu. Kim onu hansı rəngdə görürsə həyat elə o rəngdədi. Kitabından anladım ki, həyatın yaxşı və ya pis olması da onu necə qəbul etməyimizdən asılıdır. Deməli, həyatı mənalı və mənasız edən elə bizim özümüzük. Oxuyunca anladım ki, bəzən həyatda istədiyimiz kimi olmaq mümkün deyil. Bizi əhatə edən insanlar var. Biz onlarla müxtəlif tellərlə bağlıyıq. Onlardan təcrid olunmaq mümkün deyil, bu heç doğru da deyil. Ona görədə biz bəzən olmaq istədiyimiz kimi yox, ətrafımızdakıların bizi görmək istədiyi kimi olmağa məcburuq.

Nağıllara inanan adam, sənin içindəki o uşaq ya böyüməyə macal tapmayıb, ya da böyüyə bilmədən qocalıb. Həqiqətin gözlərində gizlənən, Allahı ilahiyə əmanət edən, haqqsızlıqdan qaçıb Allah üçün olan darıxmağına sığınan birindən heç vaxt heç kimə ziyan gəlməz, ay adam.

...Emini oxuduqca gördüm ki, onun uşaqlığı ona bir qayğı dolu böyüklük yaşadıb, oxuduqca anladım ki, analar həqiqətən də ölə bilirmiş, anladım ki, sevgi əsərinin baş qəhrəmanı olan insanlarla həqiqi dostluğun dili birdir. Onu hər yerdə, hər an başa düşmək mümkündür.
Emin Pirinin kitabından bir də vətən boylanır...

Misralar əlindən tutub ot basmış yollarla aparır adamı doğmalarımızın ruhlarının ziyarətgahına çevrilən, səs-səmir kəsilmiş, boş qalmış yurd yerlərinə, sahibsiz bağlara-bağçalara aparır. Və səngərdəki əsgəri göstərir o misra sən oxucuya və deyirki, bax budur səngərdən başlayır insanlıq, vətən. Sonra yönəlib o əsgərə gələn mərmini görsədir neçə qız sevgisinin, ana gözlərinin, ata istəyinin, bacı həsrətinin düşməni olan mərmini, deyir bütün bunlar Azərbaycandır. Xoşbəxt Azərbaycanı da, kədərli Azərbaycanı da sevməyi bacarmalıyıq.

Emin yeni kitabını oxudum və mən səni bu münasibətlə təbrik etmirəm. Etmək də istəmirəm. Səbəb isə...

...Çünki oxuduqca bir daha şahidi oldum ki, bir şeirin, bir misranın yaranması üçün şair nə qədər əzab çəkməli, ruhu sarsılmalıdır ki, bu şeir dünyaya gələ bilsin. Kitabın əlimdədir. Qalınlığına baxıram, içindəki şeirlərə baxıram, bir də kitabdakı rəsminə. Bir insan bu yaşda bu qədər ağrı, əzab çəkə bilərmi düşünürəm. Bu üzdən səni təbrik edə bilmirəm Emin. Təbrik edib nə deyim ki? Əzabın mübarəkmi deyim?...

Manera.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930