“Don Kixot” Şəki teatrında | MANERA.AZ
![]()
manera.az
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı yeni mövsümdə Migel de Servantesin “Ağıllı zadəgan - Don Kixot” romanı əsasında M.Bulqakovun səhnələşdirdiyi “Don Kixot” tamaşasını repertuarına daxil edəcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, Əbülfət Salahovun quruluş verdiyi tamaşada əsas rolları Xanlar Həşimzadə, İqrar Salamov, Çinarə Səmədova və başqaları oynayacaqlar.
Tamaşanın baş rejissoru əməkdar incəsənət xadimi Mirbala Səlimlidir.