manera.az
manera.az

“Adam” bədii filminin təqdimatı keçiriləcək

📅 19.12.2017 11:56

“Adam” bədii filminin təqdimatı keçiriləcək
22 dekabr 2017-ci il tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində görkəmli kinorejissor, Dövlət Mükafatı Laureatı Şamil Mahmudbəyovun 1996-cı ildə çəkdiyi, lakin istehsalı rejissorun ölümündən sonra, 2010-cu ildə dövlət sifarişi ilə “Yeni dalğa” prodüser mərkəzində tamamlanmış “Adam” qısametrajlı bədii filminin təqdimatı keçiriləcək.

MANERA.AZ xəbər verir ki, film insanların bir-birinə qarşı olan etinasızlığından, vəfasızlığından və ümumilikdə insan tənhalığından bəhs edir.

Ssenari müəllifləri Balaş Abbaszadə, Nəriman Əbdülrəhmanlı, quruluşçu operatoru Nizami Abbas, prodüseri Rasim Həsənovdur. Filmdə əsas rolları Arif Kərimov, Ruslan Nəsirov, Rahib Əliyev, Arif Qasımov, İdris Rüstəmov, Bəhram Bağırzadə, Elxan Quliyev, Yuri Rjov, Zilli Namazov və Sona Quliyeva ifa edirlər.


Baxış sayı - 1 738 | Yüklənmə tarixi: 19.12.2017 11:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930