manera.az
manera.az

Milli Kino Günündə “Nar bağı” filminin təqdimatı olacaq

Milli Kino Günündə “Nar bağı” filminin təqdimatı olacaq


2 avqust 2017-ci il tarixində, saat 18:00-da Nizami Kino Mərkəzində Milli Kino Gününə həsr olunmuş təntənəli mərasim keçiriləcək.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsal etdiyi “Nar bağı” bədii filminin təqdimatı olacaq. Dünya premyerası Çexiyanın Karlovy Vary Beynəlxalq Film Festivalının “Qərbin Şərqi” müsabiqə proqramı çərçivəsində keçirilən “Nar bağı” 11-ci “Asia Pacific Screen Awards” (APSA) mükafatına namizədlərin siyahısında yer alıb və bu günlərdə Qazaxıstanda keçirilən 13-cü Avrasiya Beynəlxalq Film Festivalında əsas müsabiqə proqramı çərçivəsində iştirak edir. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Rolları Əməkdar artist Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırırlar.

Mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin iştirak edəcəyi mərasimdə bir qrup kino veteranının mükafatlandırılacağı nəzərdə tutulub.

Tədbirdə həmçinin kinoşünas, rejissor Ayaz Salayevin təbliğat xarakterli “Qarabağın həsrət salnaməsi” kino layihəsinin növbəti iki buraxılışı da tamaşaçılara təqdim olunacaq.


Turan Etibaroğlu
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031