manera.az
manera.az

“Qatil” bədii filminin təqdimatı keçiriləcək | MANERA.AZ

📅 17.10.2015 12:41

“Qatil” bədii filminin təqdimatı keçiriləcək | MANERA.AZ


Oktyabrın 21-də Nizami Kino Mərkəzində Xalq Yazıçısı Elçinin eyniadlı pyesi əsasında rejissor Kamran Şahmərdanın lentə aldığı “Qatil” bədii filminin təqdimatı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan film C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə istehsal olunub.

Kinostudiyadan bildirilib ki, psixoloji dram janrında çəkilən yeni ekran əsərinin ssenari müəllifi Xalq Yazıçısı Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırıblar.


Baxış sayı - 1 763 | Yüklənmə tarixi: 17.10.2015 12:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031