manera.az
manera.az

“Azərbaycan musiqisinin inciləri”

📅 18.12.2017 19:41

“Azərbaycan musiqisinin inciləri”
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Daşkənddə "Azərbaycan musiqisinin inciləri” adlı diski buraxılıb.

MANERA.AZ xəbər verir ki, diskə Üzeyir Hacıbəylinin "Koroğlu” operasından uvertüra, "Aşıqsayağı”, "Arşın mal alan” operettasından qızların xoru, Fikrət Əmirovun "Kürd ovşarı” simfonik muğamı, "Mən səni araram”, Qara Qarayevin "İldırımlı yollarla”, "Yeddi gözəl” əsərlərindən fraqmentlər, Müslüm Maqomayevin "Azərbaycan”, "Sənsiz”, Rəşid Behbudovun "Ay Laçın”, "Nazəndə sevgilim yadıma düşdü”, "Ana”, Şövkət Ələkbərovanın "Azərbaycanım”, "Axşam”, Zeynəb Xanlarovanın "Kimə nə qaldı”, "Cavanlığım”, "Sən mənimsən Qarabağ” və s. musiqi əsərləri daxil edilib.

Alim Qasımovun "Əziz dostum”, "Xatirələr”, Akif İslamzadənin "Ala gözlüm”, Flora Kərimovanın "Əzizim”, "Darıxıram sənin üçün Şuşam”, Azərinin "Çırpınırdı Qara dəniz”, Elnarə Abdullayevanın "Azərbaycanım mənim”, Mirələm Mirələmovun "Sənsiz” mahnıları musiqi incilərimiz sırasına daxil edilərək diskdə yer alıb.

Məhdud sayda hazırlanan bu disklər Özbəkistan Dövlət Konservatoriyasına, musiqi, incəsənət məktəblərinə, yeni yaradılan Azərbaycan ocaqlarına, həmçinin musiqimizi sevənlərə hədiyyə ediləcək.

Qeyd edək ki, bundan əvvəl isə AMM-in təşəbbüsü ilə SSRİ Xalq artistləri Müslüm Maqomayevin, Zeynəb Xanlarovanın, gənc xanəndə Aytən Məhərrəmovanın albomları, həmçinin "Azərbaycan muğamları” və "Azərbaycan xalq mahnıları” diskləri işıq üçü görüb və mərkəzin tədbirlərində pulsuz paylanıb.


Baxış sayı - 1 147 | Yüklənmə tarixi: 18.12.2017 19:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031