manera.az
manera.az

Maestro Niyazinin xatirəsinə həsr olunmuş musiqili gecə keçirilib

📅 05.10.2017 23:16

Maestro Niyazinin xatirəsinə həsr olunmuş musiqili gecə keçirilib
Oktyabrın 4-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əməkdar Artist Gülnaz İsmayılovanın “Həyat musiqidir” adlı konsert proqramı keçirilib.

Filarmoniyadan MANERA.AZ-a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalının və filarmoniyanın birgə təşkilatçılığı ilə reallaşan konsert görkəmli dirijor, Xalq Artisti Niyazinin xatirəsinə həsr olunub.

Konsertdə “Qaytağı”, “Koroğlu” operasından Nigarın, “Nərgiz” operasından Nərgizin ariyaları, “Arzu”, “Sevil” operasından Sevilin ariyası və Dilbərin mahnısı, “Azərbaycan rəqsi”, “Qızıl üzük”, “Bakı haqqında mahnı”, “Gözün aydın” operettasına uvertüra, “Arşın mal alan” operettasından Əsgər və Gülçöhrənin dueti, “Evləri var xana-xana”, “Xumar oldum”, “Azərbaycan elləri” əsərləri səsləndirilib.

Gecədə Əməkdar artistlər Gülnaz İsmayılova və Anar Şuşalı çıxış ediblər. Solistləri Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyovun rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına simfonik orkestri müşayiət edib.

Konsertdə milli musiqi ilə yanaşı, Qərbi Avropa bəstəkarları Cakomo Puççini və Şarl Qunonun əsərlərindən müxtəlif ariyalar da səsləndirilib.


Baxış sayı - 1 519 | Yüklənmə tarixi: 05.10.2017 23:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930