manera.az
manera.az

“Yenə iki od arasında” romanı təqdim olunacaq

📅 12.12.2017 09:43

“Yenə iki od arasında” romanı təqdim olunacaq
Yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin “Yenə iki od arasında” romanının təqdimatı və imza günü keçiriləcək.

MANERA.AZ xəbər verir ki, tədbir dekabrın 13-ü, saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda baş tutacaq.

Bu il 130 illiyi qeyd edilən böyük söz adamı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr edilmiş, Qarabağ tarixi üstündə köklənən kitaba ön sözü xalq yazıçısı Anar, son sözü akademik Nizami Cəfərov yazıb.

Tədbir Azərbaycan Yazıçılar Birliyinin və “Qələm” nəşriyyatının təşkilatçılığı ilə baş tutacaq.

Təqdimat mərasimində nüfuzlu söz adamlarının iştirakı nəzərdə tutulur.

Arzu edənlər qatıla bilər.


Baxış sayı - 1 869 | Yüklənmə tarixi: 12.12.2017 09:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031