manera.az
manera.az

Yusif Vəzir Çəmənzəminlinin 130 illiyi qeyd edilib

📅 27.10.2017 22:06

Yusif Vəzir Çəmənzəminlinin 130 illiyi qeyd edilib
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı Yusif Vəzir Çəmənzəminlinin anadan olmasının 130 illiyi qeyd olunub.

Baş İdarədən MANERA.AZ-a bildirilib ki, tədbirdə XX əsr Azərbaycan ictimai-siyasi fikir tarixinin ən parlaq nümayəndələrindən olan Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılıq yoluna nəzər salınıb. Bildirilib ki, yazıçının yaradıcılığının ana xəttini Azərbaycanın istiqlaliyyəti, milli dövlət quruculuğu, millətin oyanışı və tərəqqisi, tariximizin və mədəni irsimizin düzgün tədqiqi və dərki problemləri təşkil edib. Onun qələmindən çıxmış ictimai-siyasi, tarixi məzmunlu əsərlər siyasi düşüncə tariximizin sanballı səhifələrindən sayılır.

Y.V.Çəmənzəminlinin nəvələri- Azərbaycan Dövlət Pedaqoji Universitetinin rus dili kafedrasının müdiri, dosent Leyla Vəzirova və Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Yusif Vəzirov çıxış edərək öz xatirələrini bölüşüblər və tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.
Yusif Vəzir Çəmənzəminlinin 130 illiyi qeyd edilib
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin ifasında Y.V.Çəmənzəminlinin roman və hekayələri əsasında hazırlanmış bədii qiraət təqdim olunub, musiqi nömrələri səsləndirilib, yazıçının həyat və yaradıcılığını əks etdirən videoçarx və kitab sərgisi nümayiş olunub.


Baxış sayı - 1 329 | Yüklənmə tarixi: 27.10.2017 22:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031