manera.az
manera.az

Daha o şəhərdə kimim var mənim...| MANERA.AZ

📅 08.07.2015 23:59

Daha o şəhərdə kimim var mənim...| MANERA.AZ
Manera.az
Manera.az gənc şair İntiqam Yaşarın şeirini təqdim edir:



***
Daha o şəhər də mənə ögeydi,
Daha o şəhərdə kimim var mənim?
Bircə XƏZƏRİNDƏ qərq olub itmiş,
Sahilə ümidsiz gəmim var mənim.

Tutub dikəldiyim divarlar uçub,
Həyat bildiyini edib onsuz da.
O qatar ki vardi, səsində hər şey,
Mən yetişməsəm də gedib onsuz da.

Ömür yuxusundan sərsəm ayilir,
Adam ümidindən yıxıldığı an.
Dünyanın hər şeyi heç nə sayılır,
Köksündə ürəyi sıxıldıgı an.

Manera.az


Baxış sayı - 2 002 | Yüklənmə tarixi: 08.07.2015 23:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930