manera.az
manera.az

"Ölümdən qaçan adam" - Şəhanə Müşfiq - MANERA

📅 22.05.2015 11:27

"Ölümdən qaçan adam" - Şəhanə Müşfiq - MANERA Şəhanə Müşfiq

İki ölümün arasında dayanmışam... Önümdə ağzından alov saçan bir əjdaha məni udmağa tələsir. O alovun tüstüsüylə kəsilir nəfəsim. Hər tərəf qaranlıqdır. Bircə əjdahanın ağzından çıxan alovun işığı düşür gözümə. Qulaqlarımda uğultu var, ətrafda nə baş verdiyini anlaya bilmirəm. Məni qoynuna almağa çalışan ölümdən qurtulmaq üçün qaçıram pəncərəyə sarı... Indi ehtiyacım olan tək şey bir udum nəfəsdir. Bir nəfəslik havanın ümidilə boylanıram pəncərədən. Ancaq orda da məni qara duman qarşılayır. Bütün ümidlərim üzümü yalayan dumanın qanadlarında qalxır göylərə sarı. Çox keçmir hər şeyi dərk edirəm: bu gün mənim sonumdur, Tanrının mənə yazdığı ömür cəmi iyirmi yeddi bahardan ibarət imiş...

Ancaq mən etiraz edəcəyəm! Məni və mənim kimi çoxlarını diri - diri yanmağa məhkum edənlərə qarşı etiraz edəcəyəm! Yanmadan ölərək etiraz edəcəyəm! Öz ölümümü özüm seçərək etiraz edəcəyəm..!

Kürəyimi yalayan alovu arxamda qoyub atılıram dumanın göylərə apardığı ümidlərimin arxasıyca...

Ölümün əlindən xilas et məni,
Qıyma bu qorxuyla mən hər gün ölüm.
Ölümdən qaçaraq sənə gəlirəm,
Sənə sığınıram yenə, ey ölüm...

Manera.az


Baxış sayı - 2 421 | Yüklənmə tarixi: 22.05.2015 11:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031