manera.az
manera.az

Kitabxana sisteminin tətbiqi ilə bağlı kurslar | MANERA.AZ

📅 08.07.2015 13:43

Kitabxana sisteminin tətbiqi ilə bağlı kurslar | MANERA.AZ
manera.az
Avtomatlaşdırılmış kitabxana sisteminin tətbiqi ilə bağlı kurslar keçirilir

Yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının regionlarda tətbiqi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən Milli Kitabxanada 10 günlük kurslar keçirilir.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, kurslarda Salyan, Neftçala, Şirvan, Hacıqabul, Biləsuvar, Saatlı və Sabirabad rayon MKS-nin mütəxəssisləri iştirak edirlər.

Kursların başlanması münasibətilə keçirilən mərasimdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov regionlarda tətbiq ediləcək ALİSA proqramında işləmək üçün həm MARC 21 formatının öyrənilməsinin, həm də bu proqramda iş vərdişlərinin mənimsənilməsinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, kurslar çərçivəsində dinləyicilər Milli Kitabxananın iş prosesi, yeni iş üsulları və xidmət növləri barədə məlumat əldə edəcəklər. Treninqi uğurla başa vuranlara sertifikat veriləcək.

Sonra proqramı hazırlayan “Ultra” şirkətinin mütəxəssisi Sərxan Məmmədov ümumi məlumatları diqqətə çatdırıb, sualları cavablandırıb.


Baxış sayı - 2 119 | Yüklənmə tarixi: 08.07.2015 13:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930