manera.az
manera.az

“Ən yaxşı sosial çarx ssenarisi” mövzusunda müsabiqə

“Ən yaxşı sosial çarx ssenarisi” mövzusunda müsabiqə

Mədəniyyət və Turizm Nazirliyi xalqımızın yüzilliklər boyu yaratmış olduğu yüksək mənəvi-əxlaqi dəyərləri, o cümlədən, adət-ənənələr, vətənə və torpağa məhəbbət, tolerantlıq və digər keyfiyyətləri özündə əks etdirən rəvayət, əfsanə və əsatirlər əsasında sosial çarxların çəkilməsi və bununla da mədəni dəyərlərin qorunaraq gələcək nəsillərə çatdırılması, təbliği, müvafiq sahədə istedadlı şəxslərin yaradıcılıqlarının dəstəklənməsi məqsədilə “Ən yaxşı sosial çarx ssenarisi” mövzusunda müsabiqə elan edib.

Nazirlikdən bildirilib ki, müsabiqədə iştirak üçün yaş məhdudiyyəti yoxdur və bir müəllif bir neçə ssenari təqdim edə bilər. Qaliblərə 7 nəfərdən ibarət münsiflər heyətinin təqdimatı ilə mədəniyyət və turizm nazirinin əmrinə əsasən pul mükafatları və diplomlar veriləcək. Birinci yer üçün 1500, ikinci və üçüncü yerlər üçün müvafiq olaraq 1000 və 700 manat, eləcə də hər biri 500 manat olmaqla üç həvəsləndirici mükafatdan ibarət mükafat fondu yaradılıb.

Ssenarilər iyunun 15-dək Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsində qəbul olunur.

Müsabiqədə iştirak etmək istəyən müəlliflər ssenarinin A4 formatda çap və ya elektron variantını, habelə özlərinin qısa tərcümeyi-halını, əlaqə telefonu nömrəsini də təqdim etməlidirlər.

Qaliblərin adları iyulun 1-dək nazirliyin saytında (www.mct.gov.az) və “Mədəniyyət” qəzetində açıqlanacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031