manera.az
manera.az

“Nazirin xanımı” tamaşası təqdim olunub

 “Nazirin xanımı” tamaşası təqdim olunub
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında serb yazıçı-dramaturqu
Branislav Nuşiçin eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Nazirin
xanımı” tamaşası təqdim olunub.

Teatrın mətbuat xidmətindən MANERA.AZ-a verilən məlumata görə, tamaşanın quruluşçu
rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar
mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsayev,
işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistentləri Əməkdar
mədəniyyət işçisi Rəfiqə Musayeva və Vüqar Məmmədovdur.

Tamaşada rolları xalq artistləri Bəsti Cəfərova (Jivka) Hacı İsmayılov
(Pera), əməkdar artistlər Şəlalə Şahvələdqızı (Dara), Aslan Şirinov
(Çeda), Məsmə Aslanqızı və aktrisa Şəhla Əliqızı (Anka), aktyorlar
Vüsal Mustafayev (Raşa), Ləman İmanova (Nata), əməkdar artistlər Əminə
Babayeva (Sava xala), Əjdər Həmidov (Vasa dayı), İlham Hüseynov
(Ninkoviç), Sabir Məmmədov (Rista), aktyor Cümşüd Zeynalov (Polis) ifa
edir.

Satirik əsərdəki hadisələr partiyadaxili münaqişələrin baş alıb
getdiyi ölkəyə yeni baş nazir təyin olunması ilə başlayır. Əvvəllər
kasıb yaşamış nazirin xanımı ərinin yeni vəzifəsindən xoşhallanaraq
bütün nazirliyi özü idarə etməyə başlayır. Kimisini işə düzəldib,
kimini işdən çıxaran nazir xanımı beləcə özü də bilmədən ərinin işinə
əngəl törədir. Bu satirik əsəri Azərbaycanda ilk dəfə 1970-ci ildə
görkəmli rejissor Tofiq Kazımov səhnələşdirib.

Uğurla nümayiş olunan tamaşa alqışlarla qarşılanıb.

Qeyd edək ki, iki hissəli səhnə əsərinin premyerası 2014-cü il fevral
ayının 5-də keçirilib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30