manera.az
manera.az

"Xanuma” tamaşası nümayiş olunub |MANERA.AZ

📅 06.12.2016 12:19

"Xanuma” tamaşası nümayiş olunub |MANERA.AZ

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Avksenti Saqarelinin “Xanuma” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.

Teatrın mətbuat xidmətindən MANERA.AZ-a verilən məlumata görə, Avksenti Saqarelinin 1882-ci ildə yazdığı bu əsər əsasında hazırlanan tamaşada hadisələr XIX əsrdə Tiflisdə baş verir. Müflisləşən knyaz bu bəladan yaxa qurtarmaq, borclarını qaytarmaq və rahat yaşamaq üçün evlənmək istəyir və səhnə əsərindəki hadisələr də bu məsələ üzərində qurulub.


Səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılovdur. Quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Tofiq Quliyev, musiqi rəhbəri Fəxrəddin Kərimov, rəqslərin quruluşçusu Zakir Ağayev və Yelena Ağayeva, Vokal üzrə repetitor Zeynab Safinadır. Səhnə əsərini Dilbər İsmayılova idarə edib.


Tamaşada əsas rollarda xalq artistləri Bəsti Cəfərova, Cəfər Namiq Kamal, Ramiz Novruz, Səidə Quliyeva, Hacı İsmayılov, əməkdar artistlər Mətanət Atakişiyeva, Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Kazım Abdullayev, Məsmə Aslanqızı, Elşən Rüstəmov, İradə Həsənova, Firuz Xudaverdiyev, aktyorlar Həcər Ağayeva, Elnar Qarayev, Vüsal Mustafayev, Elçin Əhmədov, Əlləz Əhmədov çıxış edir.

MANERA.AZ


Baxış sayı - 1 279 | Yüklənmə tarixi: 06.12.2016 12:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031