manera.az
manera.az

"Mişov dağı" jurnalı – ədəbi körpü

📅 23.11.2017 18:53

"Mişov dağı" jurnalı – ədəbi körpü
Tehranda Mişov Mədəniyyət Mərkəzi tərəfindən çap olunan "Mişov dağı” jurnalı 20 ildən çoxdur ki, latın və əski (ərəb) əlifba ilə Azərbaycan və farsca işıq üzü görür. Bu günlərdə jurnalın 18, 19 və 20-ci nömrələri işıq üzü görüb.

MANERA.AZ xəbər verir ki, nəşrin yeni nömrələrində Azərbaycan şairləri Məhəmməd Füzuli, Xurşidbanu Natəvan, Nazim Hikmət və Məmməd Arazın həyat və yaradıcılığından, Xocalı, 20 Yanvar faciələrindən, müasir ədəbiyyatın aparıcı nümayəndələrindən söhbət açılır. Eyni zamanda, jurnalın təsisçisi və redaktoru Aqşın Ağkəmərlinin xalqımızın başına gətirilən bəlalardan bəhs edən yazısı işıq üzü görüb.

Nəşrdə dünya şöhrətli alim Lütfi Zadə, akademik Nizami Cəfərov, Əməkdar Jurnalist, filologiya elmləri doktoru Aqşin Babayevin "Nazim və Azərbaycan” kitabı, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsalın yaradıcılığı barədə yazılar, həmçinin şairə Zərəngiz Dəmirçi Qayalının yaradıcılığından nümunələr, eləcə də digər yazılar dərc olunub.

Ədəbi-bədii jurnal böyük maraqla qarşılanıb.


Baxış sayı - 1 675 | Yüklənmə tarixi: 23.11.2017 18:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031