manera.az
manera.az

“Türkologiya”nın yeni sayı işıq üzü görüb

📅 17.07.2017 18:00

“Türkologiya”nın yeni sayı işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu Beynəlxalq “Türkologiya” jurnalının 2017-cı il üçün 2-ci sayı işıq üzü görüb.

Jurnalın məsul katibi Elçin İbrahimov MANERA.AZ-a “Türkologiya” jurnalının bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, Türkiyə, Qazaxıstan, Almaniya, Əfqanıstan alimlərinin məqalələrinin yer aldığını bildirib.

AMEA-nın Rəyasət Heyətinin qərarı ilə artıq daha geniş istiqamətləri ehtiva edən Beynəlxalq elmi jurnalın bu sayında “Klassik irs”, “Heydər Əliyev-94”, “Dilçilik”, “Ədəbiyyat və Folklor”, “Mədəniyyət və İncəsənət”, “Yazılı Abidələr” rubrikalarında yer alan nəzəri məqalələr, eləcə də, “Türkoloji mərkəzlər”, “Elmi həyat”, “Personalia” rubrikalarında, toplanan yazılar oxucular tərəfindən maraqla qarşılanacaq.

Beynəlxalq elmi jurnalın qayəsi “Sovetskaya Türkologiya” jurnalının elmi və mədəni ənənələrini davam etdirmək və onu təkcə bu elmi istiqamətin deyil, digər elm sahələrinin nümayəndələri üçün də maraqlı etməkdir.

Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.


Baxış sayı - 1 436 | Yüklənmə tarixi: 17.07.2017 18:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930