manera.az
manera.az

Nəriman Həsənzadə ilə görüş

Nəriman Həsənzadə ilə görüş
Noyabrın 21-də Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri, Xalq Şairi Nəriman Həsənzadənin Prezident Qvardiyasında əsgərlərlə görüşü keçirilib.

Tədbirdə qvardiyanın komandiri, general-mayor Akif Yusifov, komandir müavini mayor Faiq Abışov, Cənubi Azərbaycan şairi və “Mişov dağı” jurnalının baş redaktoru Aqşin Ağakərimli iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan N.Həsənzadə şair və yazıçıların gənclərlə, əsgərlərlə, hərbçilərlə görüşlərinin tez-tez təşkil olunmasının müsbət hal olduğunu qeyd edib. Daha sonra o, aprel döyüşlərində iştirak edən gənclərdən nümunə çəkərək onların necə vətənpərvər və cəsarətli olduqlarından söhbət açıb.

O, bildirib ki, əsası ümumilli lider tərəfindən qoyulan ordu quruculuğu çox uzun və şərəfli yol keçib və indi də Ali Baş Komandanın keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq ordumuz günü-gündən güclənir və aprel döyüşləri buna parlaq nümunədir.

Xalq şairi son vaxtlar bu sahədə müəyyən addımlar atılmasını təqdirəlayiq hal kimi qiymətləndirərək gənclərin bu yöndə daha da formalaşması üçün bu cür görüşlərin artmasının labüd olduğunu əlavə edib.
Nəriman Həsənzadə ilə görüş
Qonaq həmçinin, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında da Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasətinin mühüm rolu olduğunu bildirib.

Ardınca N.Həsənzadə öz şeirlərini səsləndirib və ona ünvanlanan sualları cavablandırıb.

Nəriman Həsənzadə gənclərə daim onların yanında olduğunu və xeyir işlərində də iştirak edəcəyini bildirib.
Sonda görüşün təşkilatçısı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli çıxış edib.

O, Nəriman Həsənzadənin yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirib və öz növbəsində ordu quruculuğundan, gənclərin göstərdiyi şücaətdən danışıb, bu cür tədbirlərin keçirilməsinin gənclərə faydalı olduğunu vurğulayıb: “Bu cür tədbirlərdə şairlərin və yazıçıların iştirakı gözəl ənənədir. Bu ənənə Səməd Vurğun, Bəxtiyar Vahabzadə kimi gözəl şairlərin bizlərə qoyduğu dəyərli mirasdır".Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031