manera.az
manera.az

Nəriman Həsənzadənin uşaq şeirləri... /MANERA.AZ

📅 19.12.2015 11:17

Nəriman Həsənzadənin uşaq şeirləri...  /MANERA.AZ
manera.az
“Deməyin uşaq yazarı yoxdur!” layihəsi sizə Nəriman Həsənzadəni təqdim edir:

Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub.
Azərbaycan Milli Aviasiya Akademiyasının "Humanitar fənlər kafedrası"nın müdiri vəzifəsində çalışır, dosentdir
Müstəqil Azərbaycan Respublikasının "Şərəf" ordeni (2011) ilə təltif olunmuş və Fərdi prezident təqaüdünə layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Azərbaycanın xalq şairi adına layiq görülmüşdür. Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində “Vətənsiz” (Rumıniya, 2009) və “Nuru Paşa” (Türkiyənin 9 jurnalında) poemaları dərc edilmişdir.
“Kayseri poeziya günləri”ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıtmışdır. N. Həsənzadə ilin şairi elan olunmuş, ona “Uğur – 2009” diplomu verilmişdir.

Heç nə istəməyən qız

- Ata, güllü bir corab al,
Heç nə daha istəmirəm.
Sən şəkilli bir kitab al,
Hüç nə daha istəmirəm.


Bir plaş al, iki bayraq,
Bir qara zont, bir ağ papaq…
Heç nə daha istəmirəm.
- Qızım, özgə nə alım mən?
- Qırmızı lent, yaşıl qələm,
Hüç nə daha istəmirəm.


Yeddi yaylıq

Yaylıqlar itdi bir-bir,
Hardadı bəs, kim bilir?!
Bəzənibdi gəlincik,
Gizlənibdi gəlincik.
Biri: başında örpək,
Biri: belində kəmər,
Biri: əlində nəmər,
Biri: çiynində şarfdı,
Ayağında corabdı,
Saçında lentdi yaylıq.
Tapıldı yeddi yaylıq.


Layihə rəhbəri: Əfsanə Laçın


Baxış sayı - 8 330 | Yüklənmə tarixi: 19.12.2015 11:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031