manera.az
manera.az

Qənirə Paşayeva ilə görüş

📅 18.11.2017 22:48

 Qənirə Paşayeva ilə görüş
Noyabrın 17-də Azərbaycan Bəstəkarlar İttifaqında “Müasirlərlə dialoq” layihəsi çərçivəsində Milli Məclisin deputatı Qənirə Paşayeva ilə görüş keçirilib.

MANERA.AZ xəbər verir ki, əvvəlcə Qənirə Paşayevanın sözlərinə yazılan mahnı səsləndirilib. Tədbiri Bəstəkarlar İttifaqının sədri, professor, Xalq Artisti Firəngiz Əlizadə açaraq layihə çərçivəsində respublikanın tanınmış şəxsiyyətləri, görkəmli elm və mədəniyyət xadimləri ilə görüşlərin keçirildiyini vurğulayıb. Budəfəki tədbirin qonağı barədə danışan Firəngiz Əlizadə deyib: “Qənirə xanım çox dinamik həyat yaşayan ictimai xadimlərimizdən biridir. O, respublikamızın sosial həyatında fəal iştirak etməklə yanaşı, ədəbi yaradıcılıqla da məşğul olur”.
 Qənirə Paşayeva ilə görüş
Sonra söz qonağa verilib. Milli Məclisin deputatı Qənirə Paşayeva bir xalqın dünyaya tanıdılmasında onun mədəniyyətinin mühüm rol oynadığını söyləyib: “Biz o xalqın nümayəndəsiyik ki, bütün müsəlman Şərqində ilk operanı, qəzeti, teatrı, Qızlar seminariyasını yaradıb, qadınlara seçki hüququ verib. Bütün bunların kökündə zəngin mədəniyyətə malik olmağımız dayanır”.

Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitaba meyilli olmasının əsas şərtlər olduğunu söyləyən Q.Paşayeva müvafiq istiqamətdə daha çox layihələr həyata keçirməyin vacibliyini vurğulayıb.


Baxış sayı - 2 144 | Yüklənmə tarixi: 18.11.2017 22:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031