manera.az
manera.az

Güney Azərbaycan şeir antologiyası təqdim olundu

📅 02.11.2017 20:42

Güney Azərbaycan şeir antologiyası təqdim olundu
Noyabrın 2-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış şairə Nurəngiz Günün xatirəsinə həsr edilən “Adım azadlıqdır” Güney Azərbaycan şeir antologiyası kitabının təqdimatı keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbirdə kitabın ideya rəhbəri Sayman Aruz çıxış edərək nəşrdə 44 müəllifin şeirlərinin toplandığını bildirib. Milli Məclisin deputatları Əflatun Amaşov, Qənirə Paşayeva Nurəngiz Günün yaradıcılığından danışıblar. Bildirilib ki, şairənin poeziyası insani duyğularla zəngin olduğu üçün onu qavramaq, duymaq, sevmək çox asandır. Təsadüfi deyil ki, Nurəngiz Günün yaradıcılığı nurlu və günəşli poeziyaya bənzədilir.

Çıxışlarda şairənin “Tanrı bəşər övladıdır”, “Ağ qanadlar”, “Günəşə dua”, “Yol gedirəm”, “Xocalı simfoniyası” və başqa kitabların müəllifi kimi ədəbiyyatımızda əbədi qalacağı vurğulanıb. Tədbirdə N.Günün şeirlərindən nümunələr də səsləndirilib.

Şairənin qızı, Milli Məclisin deputatı Jalə Əliyeva qeyd edib ki, “Yol olanadək yol gedən” misrasını yaradıcılıq devizi seçmiş Nurəngiz Gün ömrünün sonunadək öz yolunu və üslubunu qoruyub saxlayıb, elin dar günündə susmayıb. J.Əliyeva yanında yazılmış “Xocalı simfoniyası” və başqa kitabların mahiyyətini indi daha çox anladığını bildirib. Nurəngiz Günün şeirlərinin Türkiyə, Estoniya, Özbəkistan, İran, İraq və digər ölkələrdə çap edildiyini və müxtəlif mükafatlara layiq görüldüyünü xatırladıb.

Sonda J.Əliyeva tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.


Baxış sayı - 1 274 | Yüklənmə tarixi: 02.11.2017 20:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031