manera.az
manera.az

Türk dünyası Şəhriyarı yad edəcək -MANERA.AZ

📅 24.12.2016 20:20

Türk dünyası Şəhriyarı yad edəcək   -MANERA.AZ

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi, İstanbul Türk Ocaqları, Sağlamlığın Qorunması İctimai Birliyi və Yazıçılar Birliyinin Cənub şöbəsinin təşkilatçılığı ilə böyük şairimiz Məhəmmədhüseyn Şəhriyarın 110-cu ildönümü ilə bağlı Türkiyənin bir neçə bölgəsində silsilə tədbirlər keçirəcəyik.

Bu barədə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri, millət vəkili Qənirə Paşayeva məlumat verib. Millət vəkili yüzlərlə insanın iştirakı ilə müşayiət olunacaq ən böyük tədbirin yanvarın 31-də İstanbulda keçiriləcəyini açıqlayıb:

“Kastamonu da daxil olmaqla Türkiyənin bəzi vilayətlərində yanvarın sonlarından başlayaraq silsilə tədbirlər davam edəcək və İstanbulda finalla bitəcək. Məhəmmədhüseyn Şəhriyar nəinki Azərbaycanın, türk dünyasının da böyük şairidir.

Bu, yubiley çərçivəsində böyük şairin ədəbi irsi və yaradıcılığının qardaş Türkiyədə daha geniş kütlələrə çatdırılması istiqamətində çox mühüm bir addım olacaq. Silsilə tədbirlər çərçivəsində şairin ədəbi yaradıcılığı ilə bağlı panellər şəklində konfranslar keçiriləcək. Tədbirlər sadəcə konfranslarla bitməyəcək, geniş musiqili bədii gecələrin keçirilməsi də nəzərdə tutulub”.

Qənirə Paşayeva bildirib ki, konfranslara Azərbaycan, Türkiyə və Cənubi Azərbaycandan olan bir sıra ziyalılar qatılacaq, çıxış və müzakirələr olacaq.

Bədii gecədə həmçinin, hər üç ölkədən iştirak edəcək sənətkarların iştirakı ilə Şəhriyarın yaradıcılığına müraciət olunacaq və şairin yaradıcılığından ibarət böyük bədii hissə olacaq. /Axar.az


Baxış sayı - 1 510 | Yüklənmə tarixi: 24.12.2016 20:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031