manera.az
manera.az

Şəmil Sadiq ADA-da mühazirə dedi

📅 18.11.2017 15:50

Şəmil Sadiq ADA-da mühazirə dedi
Noyabrın 17-də Azərbaycan Diplomatik Akademiyasında “ADA Çölçü Klubu” və “İlğım” qrupu tərəfindən təşkil edilmiş tədbirdə dosent Şəmil Sadiq "Azərbaycan ədəbiyyatında milli axın və onun günümüzə təsirləri” adlı mühazirə deyib.

525.az-ın məlumatına görə, tədbirdə akademiyanın tələbələri ilə yanaşı, müxtəlif universitetlərin tələbələri, təhsilə aid bəzi qurumlardan qonaqlar iştirak edib.

1 saat davam edən mühazirədə Ş.Sadiq ümumilikdə ədəbiyyatın məqsədləri barədə danışarkən, əsas hədəfi “Ədəbiyyatda milli ruh” məsələsinə yönəldib.

Dünya ədəbiyyatından xeyli misal çəkən mühazirəçi yerli ədəbiyyat nümayəndələrinin də bu cəhdlərini müqayisə edib.

Ş.Sadiq deyib ki, “Ədəbiyyatda milli ruh, milli ideologiya bir çox yazıçı və şairlərimizdə olsa da, ən milli düşüncə insanımız Hüseyn Caviddir. Onun “Şeyx Sənan”ı bunu sübut etmək üçün kifayət edir”.

Mühazirədən sonra dosent auditoriyanın suallarını cavablandırıb, müzakirələrə səbəb olan bir sıra mövzulara toxunub.

Şəmil Sadiq ADA-da mühazirə dedi


Baxış sayı - 1 190 | Yüklənmə tarixi: 18.11.2017 15:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031