manera.az
manera.az

Şəmil Sadiqdən "Arvadsız kişi" - HƏDİYYƏ | MANERA.AZ

📅 03.09.2015 16:59

Şəmil Sadiqdən "Arvadsız kişi" - HƏDİYYƏ | MANERA.AZ
manera.az
Bu gün doğum gününü qeyd edən f.ü.f.d., dosent Şəmil Sadiqin yeni – “Arvadsız kişi” adlı kitabı işıq üzü görüb.

Yazıçının hekayələr kitabında son iki ildə yazdığı 13 əsəri yer alıb. Kitab “XAN” nəşriyyatının “Çağdaş ədəbiyyat” silsiləsində nəşr edilib.

Müəllifin manera.az-a bildirdiyinə görə, sentyabrın 16-18-də Bakıda IV Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Hədəf Nəşrləri və Kitabevim.az kitab mağazası ilə birlikdə gənc yazarlarımıza kiçik bir dəstək kampaniyası planlaşdırılıb.

Belə ki, bu gün işıq üzü görən “Arvadsız kişi” hekayələr kitabımın təqdimat mərasimini Sərgi günlərində keçirəcək və kitab bütün oxuculara hədiyyə olunacaq.

Kampaniyanın şərti isə odur ki, bu kitabı hədiyyə almaq istəyənlər Kitabevim.az kitab marketindən gənc yazarlarımızın istənilən bir kitabını almalıdır.” – deyə Şəmil Sadiq bildirib.

Manera.az olaraq biz də Şəmil Sadiqi doğum günü münasibəti ilə təbrik edir, yazıçıya yaradıcılığında uğurlar diləyirik!

Şəhla
MANERA.AZ


Baxış sayı - 2 742 | Yüklənmə tarixi: 03.09.2015 16:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031