manera.az
manera.az

Lənkəran Dövlət Universiteti ilkə imza atdı

📅 07.11.2017 15:36

Lənkəran Dövlət Universiteti ilkə imza atdı
Bundan sonra adı dillər əzbəri olan Azərbaycan çayının əvvəlki şöhrətinin qaytarılmasında LDU-nun da öz payı olacaq.

Lənkəran Dövlət Universitetində (LDU) bu ali təhsil ocağının 25 illik tarixi ərzində ilk dəfə olaraq aqrar yönümlü ixtisaslarda tədrisin əyaniliyinə nail olmaq və tələbələrdə praktik vərdişləri formalaşdırmaq,elmlə təcrübəni uzlaşdırmaq məqsədi ilə yaşıl çay əkini keçirilir.
Lənkəran Dövlət Universiteti ilkə imza atdı
Bu gün universitetin yardımçı təsərrüfatında 50 sot sahədə yeni salınan yaşıl çay plantasiyasında 12 min ədəd çay şitili əkilib.Rayonun çayçılıq təsərrüfatlarına bir il öncə sifariş edilmiş, rayonlaşdırılmış yeni məhsuldar çay sortlarının əkinində tələbələr də fəal iştirak edib.Əkin zamanı çay bitkisinin əkin texnologiyası bitkiyə aqrotexniki qulluq,becərmə və suvarmanın təşkili formaları tələbələrə təcrübi şəkildə izah edilib.

Qeyd edək ki,universitetdə bu il ilkin olaraq 1 hektara yaxın sahədə yaşıl çay plantasiyasının salınması planlaşdırılıb. Böyük ixrac potensialı olan ,dünya və daxili bazarda qiyməti və istehlak tələbatı durmadan artan çayçılığın inkişafı gələcəkdə LDU-ya həm də qazanc,gəlir vəd edir.
Lənkəran Dövlət Universiteti ilkə imza atdı
Belə ki,hazırda 1kq yaşıl çay yarpağının satış qiyməti 1 manat ,quru çayın kiloqramı isə 20-150 manat civarındadır.Xatırladaq ki,çay bitkisi əkildikdən -7-8 il sonra tam məhsula düşür.Eyni zamanda,LDU-da 5 hektar sahədə sitrus bağlarının salınması və digər əkinlərin keçirilməsi də nəzərdə tutulub

Esmira İsmayılova
LDU-nun mətbuat xidməti


Baxış sayı - 2 093 | Yüklənmə tarixi: 07.11.2017 15:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031