manera.az
manera.az

LDU Türkiyənin Üsküdar Universiteti ilə əməkdaşlıq edəcək

LDU Türkiyənin Üsküdar Universiteti ilə əməkdaşlıq edəcək
LDU Türkiyə Cumhuriyyətinin Üsküdar Universiteti ilə əməkdaşlıq edəcək.

Artıq bu ali təhsil müəssisələri arasında ikitərəfli müqavilələr imzalanıb.

Türkiyə Cumhuriyyətinin Çukurova Universitetindən sonra LDU qardaş ölkənin daha bir ali təhsil müəssisəsi -İstanbul şəhərində yerləşən Üsküdar Universiteti ilə əməkdaşlıq edəcək.

Lənkəran Dövlət Universiteti ilə Üsküdar Universiteti arasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək və elmi –təcrübi əlaqələri genişləndirmək məqsədi ilə protokol imzalanıb.Protokola hər iki tərəfdən universitet rəsmiləri imza atıblar.

İmzalanan müqaviləyə əsasən, bundan sonra universitetlər arasında birgə elmi tədqiqat işlərinin aparılması,hər iki ölkənin qanunverciliyinə uyğun olaraq ikitərəfli diplomların verilməsi üçün tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi,elmi-tədqiqat məlumatlarının birgə mübadiləsi,nəşr fəaliyyətində əməkdaşlıq,birgə elmi-praktik konfransların təşkili və s. Istiqamətlərdə əməkdaşlığa start veriləcək.

LDU-nun mətbuat xidmətiБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930