manera.az
manera.az

“Discovery Azerbaijan” jurnalının yeni nömrəsində

📅 06.11.2017 13:11

“Discovery Azerbaijan” jurnalının yeni nömrəsində
“Discovery Azerbaijan” jurnalının payız nömrəsi Azərbaycanı və dünyanı qiyabi kəşf etmək istəyən oxucuların ixtiyarına verilib.

MANERA.AZ xəbər verir ki, jurnalın yeni nömrəsində əvvəlcə zəngin tarixli, gözəl təbiətli İsmayıllıdan söz açılır. Belə ki, Milli Məclisin İsmayıllıdan olan deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, tanınmış bəstəkar Novruz Aslanla müsahibədə də bu diyar qarış-qarış kəşf olunur.

Eyni zamanda, jurnalın bu nömrəsində divar yazıları və divar şəkilləri vasitəsilə özünüifadə sənətinin – qrafitinin Azərbaycanda və dünyada keçdiyi inkişaf yolundan danışılır.

Oxucular tanınmış səyyah-jurnalist Azər Qəribin duzlu-məzəli söhbətlərini və səfər xatirələrini də bu nömrədə oxuya biləcəklər. Həmçinin jurnalda Kipr və İordaniyanın məşhur turizm məkanları haqqında məlumatlar da yer alıb.


Baxış sayı - 1 437 | Yüklənmə tarixi: 06.11.2017 13:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930