manera.az
manera.az

"Azərbaycan xalçaları" jurnalının 15-ci nömrəsi | MANERA.AZ

"Azərbaycan xalçaları" jurnalının 15-ci nömrəsi  | MANERA.AZ
Azərbaycan, ingilis, rus dillərində işıq üzü görən "Azərbaycan xalçaları" elmi-publisistik jurnalı yeni – XV nömrəsi ilə oxucuların görüşünə gəlib.

Jurnalın üz qabığında "Bakı-2015" ilk Avropa Oyunları münasibətilə "Azər-İlmə"də toxunmuş xalçanın fotoşəkili yer alıb. Nəşrin səhifələrində bu möhtəşəm idman, eyni zamanda mədəniyyət bayramı əhatəli şəkildə işıqlandırılıb, açılış mərasimini əks etdirən fotoşəkillər verilib. Azərbaycanın həyatında mühüm hadisə olan III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən tədbirlər, təqdimatlar haqqında rəsmi xəbərlər təqdim olunub.

Oxucular sənətşünaslıq və tarixşünaslıq sahələri üzrə ixtisaslaşmış jurnalın bu nömrəsində də Azərbaycan tarixinə və mədəniyyətinə, incəsənətinə dair materiallarla, müəllif yazıları ilə tanış ola biləcəklər.

Jurnalın baş redaktoru "Azər-İlmə"nin rəhbəri, əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.
"Azərbaycan xalçaları" jurnalının 15-ci nömrəsi  | MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930