manera.az
manera.az

19 çağdaş rus şairin şeiri Azərbaycan dilində

19 çağdaş rus şairin şeiri Azərbaycan dilində
Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Rusiya Yazıçlar Birliyi Arxangelsk regional şöbəsi və Arxangelskdəki Azərbaycan Diaspor Təşkilatı ilə birgə Rusiyanın Arxangelsk vilayətinin 19 şairinin şeiri toplanmış antologiya çap edib.

Birlikdən MANERA.AZ-a verilən məlumata görə, toplu “Arxangelskdə Azərbaycan Mədəniyyəti Günləri” münasibəti ilə hazırlanıb.

Nəşrdə Yelena Kuzmina, Vasiliy Matonin, Valeri Çubarov, Valeri Şabalin, Aleksandr Loqinov, Vladimir Noqovitsin, İnqa Arteyeva, Pavel Zaxarin, Vladislav Popov, Olqa Korzova, Tatyana Polejaeva, İlya İkonnikov, Lyudmila Jukova, Angelina Prudnikova, Yelena Nikolixina, Tatyana Şerbinina, Oleq Borisov, Qalina Rudakova və Nadejda Knyazovanın şeirləri yer alıb.

Tərtibçisi Olqa Korzova (Arxangelsk), önsöz müəllifi Yelena Qalimova (Arxangelsk), layihə rəhbəri və baş redaktoru Əkbər Qoşalı, redaktoru Afaq Şıxlı (Moskva) olan antologiyanın məsləhətçiləri deputat, akademik Nizami Cəfərov, Arxangelskdəki Azərbaycan Diaspor Təşkilatının başçısı Tərlan Qasımov, rəyçiləri isə deputat Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Sumqayıtdakı Əli Kərim adına Poeziya Klubun direktoru İbrahim İlyaslıdır.

Şeirləri Azərbaycan dilinə Afaq Şıxlı, Akəm Xaqan, Aybəniz Əliyar, Əhməd Orucov (Şəfəq), Əkbər Qoşalı, Elman Tovuz, Elşad Barat, Faiq Balabəyli, Həyat Şəmi, Hikmət Məlikzadə, Xan Rəsuloğlu, Xatirə Fərəcli, İradə Əlili, İlham Ələkbərov, İlham Qəhrəman, İlqar Türkoğlu, Lamiyə İsazadə, Məlahət Yusifqızı, Murat Ərturan, Nazilə Gültac, Nigar Rəhimova, Ramil Mərzili, Rəsmiyyə Sabir, Səbinə Babalı, Səhər Əhməd, Şahməmməd Dağlaroğlu, Şəfa Vəli, Talehə Əliyeva, Taleh Mansur, Təranə Turan (Rəhimli), Vüsal Oğuz, önsözü isə Nəcibə İlkin çevirib.

19 çağdaş rus şairin şeiri Azərbaycan dilindəБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031