manera.az
manera.az

İçərişəhərdə türkiyəli heykəltəraşın sərgisi

📅 01.11.2017 22:01

İçərişəhərdə türkiyəli heykəltəraşın sərgisi
Noyabrın 2-də İçərişəhərdəki “Art Tower” qalereyasında türkiyəli tanınmış heykəltəraş Sevincinin “Şəkərsiz” adlı sərgisi açılacaq.

Şirniyyat nümunələrinə həsr olunacaq sərgi Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə keçiriləcək.

Bu barədə MANERA.AZ-a məlumat verən “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov deyib: “Sərgidə türkiyəli heykəltəraşın 10-dan artıq sənət əsəri nümayiş etdiriləcək. Maarifləndirici xarakter daşıyan sərgi insanları şəkərdən uzaq olmağa çağırır. Hamının qatıla biləcəyi sərgi noyabrın 12-dək ziyarətçilər üçün açıq olacaq”.


Baxış sayı - 1 189 | Yüklənmə tarixi: 01.11.2017 22:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930