manera.az
manera.az

“Art Tover” qalereyasında fotosərgi açılacaq

📅 09.10.2017 11:23

“Art Tover” qalereyasında fotosərgi açılacaq
Oktyabrın 12-də “Art Tover” qalereyasında bir neçə fotoqrafın əsərlərindən ibarət sərgi açılacaq.

“Azərbaycanı kəşf et” adlı sərgi Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council” qeyri-hökumət təşkilatının təşkilatçılığı ilə gerçəkləşəcək.

Bu barədə Manera.az-a “Arts Council” qeyri-hökumət təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.

“Sərgidə 20-dək fotoqrafın 25-dək əsəri yer alacaq. Məqsəd bu istiqamətdə gənc fotoqrafların rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır”,- deyə D.Məmmədov bildirib.


Baxış sayı - 1 338 | Yüklənmə tarixi: 09.10.2017 11:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031