manera.az
manera.az

İçərişəhərdə incəsənətlə istirahət günləri... -SƏRGİ

📅 26.01.2017 10:59

İçərişəhərdə incəsənətlə istirahət günləri... -SƏRGİ
Yanvarın 28-də Bakıda “İçərişəhərdə incəsənətlə istirahət günləri” (Art Weekends in Icherisheher) adlı sərgi açılacaq.

İçərişəhərdə Kiçik qala 105 ünvanında açıq səma altında gerçəkləşəcək sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə reallaşacaq.

Sərgi çərçivəsində paytaxtımızın yerli və əcnəbi qonaqları üçün açıq səma altında canlı musiqi ilə yanaşı, yerli rəssamların sərgisi, əl işləri yarmarkası təşkil olunacaq. Həmçinin balacalar üçün heykəltəraşlıq, keramika və rəsm üzrə ustad dərsləri, o cümlədən digər çoxsaylı maraqlı tədbirlər və əyləncəli proqramlar hazırlanacaq.

Sərgi iki gün davam edəcək.


Baxış sayı - 1 436 | Yüklənmə tarixi: 26.01.2017 10:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031