manera.az
manera.az

“Türkologiya” jurnalının 3-cü sayı nəşr olunub

📅 25.10.2017 10:11

“Türkologiya” jurnalının 3-cü sayı nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 2017-cı il üçün 3-cü sayı işıq üzü görüb.

Jurnalın məsul katibi Elçin İbrahimov MANERA.AZ-a “Türkologiya” jurnalının bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, Türkiyə, Özbəkistan, Gürcüstan, Rusiya, Cənubi Koreya, Almaniyalı alimlərinin məqalələrinin yer aldığını bildirib.

AMEA-nın Rəyasət Heyətinin qərarı ilə artıq daha geniş istiqamətləri ehtiva edən Beynəlxalq elmi jurnalın bu sayında “Klassik irs–Portretlər”, “Dilçilik”, “Ədəbiyyat və Folklor”, “Yazılı Abidələr”, “Mifologiya”, “Müzakirə” rubrikalarında yer alan elmi-nəzəri məqalələr, eləcə də, “Türkoloji mərkəzlər”, “Redaksiyaya məktub”, “Resenziya”, “Elmi həyat”, “Personalia” rubrikalarında, toplanan yazılar oxucular tərəfindən maraqla qarşılanacaq.

Beynəlxalq elmi jurnalın qayəsi “Sovetskaya Türkologiya” jurnalının elmi və mədəni ənənələrini davam etdirmək və onu təkcə bu elmi istiqamətin deyil, digər elm sahələrinin nümayəndələri üçün də maraqlı etməkdir.

Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.


Baxış sayı - 1 438 | Yüklənmə tarixi: 25.10.2017 10:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031