manera.az
manera.az

“Türkologiya” seminar keçirəcək

📅 02.10.2017 18:24

“Türkologiya”   seminar keçirəcək
05 oktyabr 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Türkologiya” jurnalının növbəti seminarı keçiriləcəkdir.
AMEA-nın Rəyasət Heyətinin qərarı ilə daha geniş istiqamətləri ehtiva edən beynəlxalq elmi jurnalın məqsədi “Sovetskaya Türkologiya” jurnalının ənənələrini davam etdirmək, türkoloji tədqiqat və mövzulara türkoloqlarla yanaşı, digər elm adamlarının marağını da cəlb etməkdir.

Məhz bu baxımdan jurnal hər ay türkologiya elminin qarşısında duran müxtəlif problemlərin araşdırılması mövzusunda seminarlar keçirir.

“Türkologiya” beynəlxalq jurnalının budəfəki seminarı “Müasir türkologiyanın aktual və mübahisəli problemləri” mövzusuna həsr olunmuşdur. Seminar Azərbaycanın əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, filosof, tədqiqatçı alim Zümrüd Quluzadənin moderatorluğu ilə 05 oktyabr 2017-ci il tarixində (saat 11:00) AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (301-ci otaq) keçiriləcəkdir.


Baxış sayı - 1 341 | Yüklənmə tarixi: 02.10.2017 18:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031