Həmyerlimizə beynəlxalq “Alaş” mükafatı təqdim edilib

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində sentyabrın 29-da tanınmış şair və tərcüməçi, Mahmud Kaşqari adına Fondun prezidenti Elxan Zal Qaraxanlıya Qazaxıstan Yazıçılar Birliyinin nümayəndəsi tərəfindən bu ölkənin beynəlxalq “Alaş” mükafatı təqdim edilib.
Azərbaycan Yazıçılar Birliyindən Manera.az-a məlumat verilib ki, bu mükafat Elxan Zal Qaraxanlının Qazaxıstan ədəbiyyatı qarşısında göstərdiyi xidmətlərinə görə təqdim olunub.
Qeyd edək ki, Elxan Zal Qaraxanlı AYB-in nəzdində fəaliyyət göstərən Mahmud Kaşqari adına Fondun rəhbəri, “Ulu Çinar” jurnalının baş redaktorudur.