manera.az
manera.az

Mahmud Kaşqari medalı təqdim olundu - İLK DƏFƏ

Mahmud Kaşqari medalı təqdim olundu - İLK DƏFƏ
Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda “Mahmud Kaşqari” mükafatının təltifetmə mərasimi keçirilib

Azərbaycan və ümumtürk miqyasında bu mövzuya diqqətin artırılması üçün Mahmud Kaşqari adına Beynəlxalq Fond türk tarixinin ən böyük simalarından biri olan Mahmud Kaşqarinin anadan olmasının 1000 və təşkilatın yaradılmasının 10 illiyi münasibəti ilə “Mahmud Kaşqari” medalı təsis edib və ilk mükafatçıları dəyərləndirib.

MANERA.AZ xəbər verir ki, mükafaçılar sırasında AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli, M.Kaşqari "Divanının" Azərbaycan dilinə tərcüməçisi Ramiz Əsgər, bir sıra tarixi nəşrlərin çapında öz dəstəyini göstərmiş yazıçılar Hüseynbala Mirələmov, Yunus Oğuz və Elçin İsgəndərzadə və digərləri olub.

Mükafatları Fondun rəhbəri Elxan Zal Qaraxanlı təqdim edib. Akademik İsa Həbibbəyli Fondun fəaliyyətinə yüksək qiymət verib və qurumun nəşri orqanı “Ulu Çinar” jurnalı barədə yüksək sözlər söyləyib.

Digər çıxışçılar da istər Fondun, istər “Ulu Çinar” jurnalının fəaliyyətini yüksək dəyərləndiriblər.

Qeyd edək ki, medal türk dünyası qarşısında xidmətlərə, o cümlədən mesenatlıq fəaliyyətinə görə təqdim olunur. Mahmud Kaşqari adına Beynəlxalq Fond 2006-cı ildə xalq yazıçısı Anar, Arif Əmrahoğlu və Elxan Zal Qaraxanlı tərəfindən qurulub. Son on ildə Azərbaycanda və xaricdə bir sıra layihələri gercəkləşdirən bu qurum, Fondun nəşr etdiyi kitabların satışından əldə olunan vəsait və ianələr hesabına fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi 10 ildə Fondun fəaliyyəti əsasən Azərbaycan, Türkiyə və Qazaxstan respublikalarını əhatə edib və hazırda Fond fəaliyyət dairəsinin genişləşməsi və Fondun maddi imkanlarının gücləndirilməsi yolunda işlər aparır. Təşkilatın yaxın məqsədi türk tarixinin ən az öyrənilmiş dövrlərindən biri olan Mahmud Kaşqari dönəmi barədə bədii və ya sənədli film çəkilişi layihəsidir və bu yöndə işlər gedir.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031