manera.az
manera.az

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək

📅 26.09.2017 17:31

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 28-30 sentyabr 2017-ci il tarixində Bakı İdman Sarayında (keçmiş Əl Oyunları İdman Sarayı) V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.

Sərgi-yarmarkada iştirakla bağlı 100-dək yerli, 40-dan artıq xarici nəşriyyat, kitab evi və digər təşkilatlar qeydiyyatdan keçib.

Üç gün davam edəcək (saat 10:00-dan 18:00-dək) sərgi-yarmarka zamanı yerli və xarici nəşrlərin nümayişi və satışı ilə yanaşı, tanınmış yazarların oxucularla görüşü, kitab təqdimatları, naşirlərin işgüzar toplantıları və digər çoxsaylı tədbirlər baş tutacaq.

Sərgi-yarmarkaya ziyarətçi qismində qatılmaq və həmin tədbirlərdə iştirak sərbəstdir.


Baxış sayı - 1 654 | Yüklənmə tarixi: 26.09.2017 17:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031